booked.netbooked.net booked.net  

 Rusiyalı həkim - otorinolarinqoloq, tibb elmləri namizədi Anna Kolesnikova

“Beşinci Kanal”a  hansı bədən hərarətinin normal hesab edilməli olduğunu söyləyib.

“TƏZADLAR” xəbər verir ki, həkimin sözlərinə görə,  temperatur normasının sərhədləri artıq çoxdan genişlənib.

İnsan bədəninin normal temperaturunun  35,5 dərəcədən 37,5 dərəcə selsiyə qədər olmalı olduğunu vurğulayan  Kolesnikova, bədən hərarətinin yeməkdən, fiziki və emosional gərginlikdən sonra , həmçinin yay aylarında günün ikinci yarısında da qalxa biləcəyini qeyd edib.

"Bilmək lazımdır ki, gün ərzində hərarət yuxuda və səhər tezdən 0,6 dərəcəyədək minimum göstəricilərlə dəyişə bilər. Pik hədd isə 16.00 və 18.00 saatlarda müşahidə olunur", -  deyə həkim izah edib.

Kolesnikova qoltuq altının, ağızın, alnın, xarici eşitmə kanalının, həmçinin  rektal üsulların da temperatur ölçmək üçün əlverişli olduğu qənaətində olduğunu bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN