booked.netbooked.net booked.net  

Nizami Süleymanoğlu

İnsanlar gerçəkliyin yalnız gördüklərindən ibarət olduğunu düşünür. Bu yanlışdır. Görünməyən gerçəklər də olur. Su olduğu qabın içi həcminin şəkilini olduğu qədər alır. Beyinlər də belədir, bulunduğu mühitin şəkilini alır. Bəşəriyyət beyninin sürü şəkilində formatlanma prosesini yaşayır. Bəli, bəşəriyyət elə ağrı çəkəcək ki, duyğuları ilə baş-başa qalsın...Təəccüblü bir şey yoxdur. Get-gedə bəşəriyyət anlayacaq ki, siyasət həqiqətən yeri gələndə qəsdən yalan söyləmə sənətidir. Demokratiya, insan hüquqları və sair gözəlləmələr də şirnikləndirici avansları...

Real, gerçək dünya yalnız işıqlanmış insan ağlının səviyyəsinə uyğun gələr. Yəni, insanın ağılı işıqlı olmalıdır ki, gerçək dünya qaranlıqları qəlbin-ruhun-beynin  görüntülərinə maneə, əngəl ola bilməsin.

Yeni Dünya Düzəni bir ideya, layihədir qlobal. İdeaya gerçəkləşmə tələbində israr edər və uyğun şəraiti öncədən hazırlıqları ilə gözləyər. Gözəl ideayalar gözəl düşüncə tərzini vərdiş halına gətirənlərə gələr. Nəinki dünyanı, təbiəti, hadisələri heç kitab oxumağı da çoxları  sevmir. Kitab oxumaq oxuyanın özündən sonra başqalarının da beyni ilə düşünmə imkanıdır.

Yazmaq-içindən duyğuları dərləyib sözə çevirmə əməliyyatı, yazmağa vadar edilmə gerçəyidir. Yazı məsuliyyəti ilə kainata hər hansı məcazi müdaxilədir.

Ayaqqabılarını itirən ayaqlarının olmasına şükür edə bilər. Oxumağı bacaranda... Məlum 44 günün içində əlbəttə, “Təzadlar”ın imzası da var oldu. Buna qədər azı 25 il var olmuşduq. Həm də “QARABAĞI XİLAS ETMƏYƏN XALQI ALLAH DA XİLAS ETMƏYƏCƏK!” şüarı ilə... İnsanın bədən dili olduğu kimi qəzetlərin də özəl qəzet dili olur. Məncə bu ifadə zamanın illiyinə, ruhuna işlədi müəyyən qədər. “ANA VƏTƏN ÇAĞIRIR!” assosasiyası yaratdı.  Faktdır, min bir çətinliklər içərisində Azərbaycan dünyanı heyrətə gətirən ruh nümayiş etdirdi. Bu ruh 30 ildən sonra təzahür edə bildisə, bu ruhun ölməzliyidir... Nə vaxtsa yenə də  zühur edə bilər. ALLAHIN NƏLƏR EDƏCƏYİNİ YALNIZ ÖZÜ BİLƏR.

Hal-hazırda bəşəriyyət öz şüurunun inkişafdan kütləvi geri qalması səbəbindən fəlakətlərin, müsübətlərin cəzb edilmə prosesini yaşayır.

Azərbaycanda da özünəməxsus azarbaycançılıqdır. Rusiya Qarabağda vazkeçilməz mövcudluq atributuna çevirilir. Bu, sürpriz deyil. Dağlıq Qarabağda abadlıq işləri ilə Rusiya ovsunlayıcı, həm də şirinləndirici obraz yaradır. ERMƏNİ FANTAZİYALARI RUS TƏQDİMATINDA DAHA FƏRQLİ MƏNA ÇALARLARI YARADACAQ QARABAĞDA...  Amma o da var ki, böyük problemlər köhnə metodlarla sonacan həll olunmaz. Nə deyim?  Yaman  niyyətlə yaxşılıq eləmək görünməmiş möcüzə olar.  Yaxşısını göydə Allah bilər, yerdə Dünya İdarəçiləri. Rusiya görür ki, elə Azərbaycan xalqı da yaxın zaman köhnəliyində, ənənəvi standartındadır.

Bizdə çox şeyin adı sözdə millidir. Hətta  pulumuz da...Milli nə varsa sanki millətdən üz döndərib. Pulu başa düşdük ki, bizi sevmir. Bəs milli ruha nə söz? Hanı O...? Bilmirəm. Onu bilirəm ki, faciələr, müsibətlər, fəlakətlər millətə daha “sadiq, vəfalıdır ki”, millətdən ayrılmır, yaxasından əl çəkmir...

EY MƏNA ALLAHA SEVGİLƏRİMSƏN,

SƏNİ ÖDƏYİRƏM, VERGİLƏRİMSƏN.

MƏN SÖZÜN ÜSTÜNDƏ DURUM, SƏN ALTDA,

GÖRƏK NƏ YARADIR  SÖZLƏR HƏYATDA...

Diqqət edin haqlarından, hüquqlarından, tələblərindən danışıb şikayətlənirlər. Amma öz üzərlərinə düşən məsuliyyətlərdən danışmırlar. Vermədən almaq istəyi nə qədər səmimi olar bilmirəm. Bilirəm ki, məsuliyyət hissi yaxşı hissdir. Ən azı beynin yatmış hüceyrələrini daha çox oyadır.

DÜNYA GÜCLÜ VƏ UZAQGÖRƏN OLANLAR BİRLİYİNİN İRADƏSİ VƏ İDARƏSİ ALTINDADIR.

Sirlər  açılmağı sevsəydi onlara sirr deyilməzdi. Sirlər yox olmaq istəmədiyinə görə gizliliyi sevər. Gizlilik, məxfillik sirrin həyatıdır. Tanrı da kainatını məxfiliyə bürüyüb. Oxuya bilənlərə təbii ki, əlamətləri, işarətləri ilə göstərir.

Ölümün o biri üzü də məxfidir. Ölüm olmasa kainatın mübarizə qanunu işləməzdi. ÖLÜM GÖZƏLLİYİ-GÖZƏLLİK DƏ ÖLÜMÜ ŞƏRTLƏNDİRİR.  Baxmayaraq ki, insanlar gerçəkliyi olduğu kimi deyil, görmək istədiyi kimi qəbul edir. Fizioloji cəhətdən yaşayırlar, mənəvi cəhətdən yaşayanlar az.  Sanki insanlar onlara ayrılmış zamanı yaşamağı düşünür.  Canlı əşyaları xatırladırlar. Virusdan danışırlar. Anlaşılmır ki, BÜTÜN DÜNYA DA SÖZÜN ÖZÜ VİRUSA YOLUXUB.

Bir məsələyə də toxunum. Çinə uzaqgörənliyi verən onu geri alsa, Çin uzaqları  yaxından görəcəkmi? Dünya İdarəçiliyi Çini elə təkləyər ki, Çin bunu istəməz. Dünya dövlətləri də SİSTEMİN təsiri altında. Çinin təcrübəsi dünyaya yayılacaq.  Diqital yönəltmə!

Nə olacaq bu dünyanın axırı? Yaxşısını  HƏR ŞEYİ BİLƏN bilər.  Durum fərqlidir. Ağıl zəkadan üstün! KÜRƏSƏL GÜC  BİLİK ADAMLARINI GÖRƏVLƏNDİRİR. Hədəf verir, nə lazımsa şərait yaradır. Zəkanı, biliyi  xeyrinə işlədir. Bu nə  deməkdir?    Biliyi, elmi ağılla satın almaq.

Başqa bir nümunə.. Bütün dünya  SİSTEMƏ (Dünya İdarəçiliyinə) borcludur. Baxın kreditlərə, bank borclarına... Pula sahib olan, pula nəzarət edən, nələrə nəzarət etməz ki?

“ZAMANIMIZIN TANRISI PARA, PEYĞƏMBƏRİ İSƏ ROLTŞİLDİR!”

“Kürəsəl para baronu, Roltşild ailəsi.” kitabı, səhifə 19.

BÜTÜN BÖHRANLAR SÖZLƏ BAŞLAYIR.

Yeni Dünya Düzəni İddiası bəşər tarixində fərqli bir ilkdir. Onlar fərqindədir. Bəşəriyyət isə istisnalarla o qədər də yox!

ÇOXLUQ GÖRMƏMİŞDİM BU DÖNÜKLÜKDƏ,

UTANDIM DÜNYANI GÖRÜB BU KÖKDƏ.

BU HƏYAT  BETƏRİN BETƏRLƏRİNDƏ,

DƏRDLƏR DƏ DƏRD ÇƏKİR KƏDƏRLƏRİMDƏ.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN