Tullantıların təkrar emalı müəssisələrinə dövlət

dəstəyi göstərilməsi mexanizmi hazırlanır

 “Tullantıların idarə olunmasında təkrar emal müəssisələrinin rolu” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş tərkibli görüş keçirilib.

 TEZADLAR.AZ xəbər verir ki, ETSN-in, “Təmiz Şəhər” ASC-in, Balaxanı Sənaye Parkının, təkrar emal müəssisələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən görüşün məqsədi tullantıların düzgün idarə olunmasında təkrar emal müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkliflərinin, planlarının, problemlərinin öyrənilməsi və onlara dəstək mexanizmlərinin müzakirəsi olub.

Görüşdə təkrar emal müəssisələrinin qarşılaşdığı problemlər, mövcud vəziyyətdən çıxış yolları, xammal ehtiyaclarının ödənilməsində yerli idarəetmə orqanları tərəfindən onlara veriləcək dəstək, yeni təşviq mexanizmlərinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib. 

Görüşün sonunda təkrar emal müəssisələrinin istehsal gücünün və potensialının artırılması üçün dövlət dəstəyi mexanizmlərinin hazırlanıb Hökumətə təqdim edilməsi qərara alınıb.

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA