booked.netbooked.net booked.net  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdindəki "Aztelekom" MMC rəqəmsal transformasiya siyasətinə uyğun olaraq Azərbaycanın bölgələrində yeni rəqəmsal infrastrukturun tikintisi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eləcə də yeni nəsil şəbəkənin yaradılması və vətəndaşların dayanıqlı, təhlükəsiz və keyfiyyətli İKT xidmətləri ilə təmin olunması üzrə işləri davam etdirir.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bölgələrdə GPON (Gigabyte Passive Optical Network) texnologiyasının tətbiq olunması da davam etdirilir: "Müasir avadanlıq istifadəçilərə telefon rabitəsi, IPTV, internet və digər xidmətləri bir optik xətt vasitəsilə istifadəyə imkan verir. Layihə çərçivəsində telekommunikasiya xidmətlərinə artan tələbin qarşılanması, əhatə dairəsinin və göstərilən xidmət spektrinin genişləndirilməsi işləri aparılır. Paralel olaraq mövcud şəbəkənin rekonstruksiyası üzrə işlər də davam edir".

Nazirlikdən onu da bildiriblər ki, bölgələrdə istifadəçilərin tələbatının təmin olunması üçün internet tariflərində dəyişiklik edilib: "ADSL texnologiyası ilə xidmət alan abunəçilər üçün məlumatların ötürülməsi sürəti artırılıb, aylıq abunə haqqı isə azaldılıb. Bu, öz növbəsində, internetin istifadəsi üçün daha yaxşı şəraitin yaradılmasını ifadə edir".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN