booked.netbooked.net booked.net  

"Instagram" sosial şəbəkəsi yenilikləri ilə yenidən gündəmdədir.

Bundan sonra istifadəçilər paylaşıma eyni vaxtda yüklənmiş görüntülərdən təkcə bir şəkli və ya videonu silə bilərlər. İndiyə qədər bu mümkün deyildi, ancaq bütün paylaşım silinməli idi.

Bundan başqa, “Rage Shake” (və ya “şiddətli sarsıntı”) xidməti ilə istifadəçilər problem barədə sürətli məlumat verə biləcək. Xəta və ya “bug” ilə qarşılaşan istifadəçi sadəcə işləyən proqramın açıq olduğu halda smartfonunu silkələməlidir. Bu zaman ekranda pəncərə açılacaq və orada şikayəti yazmaq olacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN