İyulun 29-da gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin TEZADLAR.AZ -a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin  gecə və səhər bəzi yerlərdə  qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-30° isti olacaq.

Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

İyulun 29-da  Abşeron yarımadasında meteoroloji amillərin gün ərzində mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23°  isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti,  gündüz  15-20° isti olacaq.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA