Sentyabrın 6-sı axşamdan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 7-si axşam, 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA