booked.netbooked.net booked.net  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TEZADLAR.AZ-a bildirilib ki,

ölkə ərazisində noyabrın 16-sı saat 11:30 məlumatına əsasən  ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda  3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Qobustan, Salyanda 28 m/s, Altıağacda 26 m/s, Xaçmazda 25 m/s, Hacıqabulda 24 m/s, Beyləqanda 22 m/s, Nabran, Neftçalada 20 m/s, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18 m/s, Bakıda və Abşeron yarımadasında: Ələt, Maştağada 35 m/s,  Bakıda 33 m/s, Pirallahıda 30 m/s, Qum adasında 28 m/s, Çilov adasında 26 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 22 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb. 

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5-10° isti, dağlıq rayonlarda 10-15° şaxta, Naxçıvan MR-da 3° şaxtadan 3°-dək isti olub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN