Əfqanıstan İslam Respublikasının rəmzləri olan...

 “Taliban” hərəkatının  rəhbərliyi Əfqanıstanın rəmzləri olan 2,5 milyon pasport vermək niyyətindədir.

 Bu barədə bu gün müvəqqəti “Taliban” hökumətinin DİN  yanında Pasportların Verilməsi Baş İdarəsinin rəhbəri Alam Gül Həqqani bildirib.

Onun sözlərinə görə, əvvəlcə Əfqanıstan İslam Respublikasının rəmzləri olan 2,5 milyon pasport veriləcək, sonar isə ona düzəlişlər edilməsi barədə qərar qəbul ediləcək.

Hökumət rəsmisi qeyd edib ki,  yaxın vaxtlarda onlar Kabildə pasportların verilməsinə başlayacaqlar və o andan etibarən "Taliban" bütün Əfqanıstanda hər gün 10 min pasport verəcək.

Xatırladaq ki, avqustun 15-də “Taliban”ın Kabili işğal etməsi ilə Əfqanıstanda hakimiyyət taliblərin əlinə keçdi. "Taliban" Kabilə girdikdən sonra Qani istefaya gedib. O, bu yolla qan tökülməsinin qarşısını almağa çalışdığını bildirib.

 Avqustun 16-da isə “Taliban”ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin başa çatdığını bildirib. Daha sonra isə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.

JASMİN


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 18 January 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA