...Bu gün qanlı 20 yanvarımızın günüdür! Rus qoşunlarının Azərbaycana qarşı haqsızlıq və ədalətsizlik davranışı günü! 32 ildir bu haqsız və ədalətsiz davranışı qınayırıq, yüz illər də keçsə qınayacayıq...
***
...Sözümün mətləbi var: düşünürəm ki, Eldar Həsənov Azərbaycanın bir parçasıdır. Ona qarşı ədalətsizlik və haqsız davranış var, bunlar mütləq incələnməli, ədalətli qərar qəbul edilməlidir. Ortada elə istintaq boyda haqsızlıq görünür... Niyə? Və bunları niyə yazdım: 1997-ci ildə bir nəfər qabağından yeməyən qəzetdə dərc edilmiş tənqidi yazımıza etiraz edərək redaksiyaya zəng vurub hay-küy saldı, sonda dedi:
- Görün ananızı necə ağladacayıq?
Dedim:
-Sizi bilmirəm, bizim anamız Azərbaycandır və neçə ildir ağladırsınız...
 Söz yerinə və məqamına düşmüş, hədəfinə dəymişdi... Həmin şəxs iki gün sonra redaksiyaya gəlib üzrxahlığını bildirdi, bu gün də onun xətrini çox istəyir və dostluq edirik... Çünki səhvini anlamışdı, obyektivlik nümayiş etdirmişdi... 
***
 ...Rəhmətlik Heydər Əliyevlə bağlı qəzetlərin birində ədalətsiz yazı dərc olunmuşdu. Baş Prokurorluqda Eldar Həsənovla təsadüfi görüşdə idim... Həmin yazını xatırlatdı və dedi ki, imkan varsa, o jurnalistlərə bəlkə sənin əlin çatar (o vaxt həmin qəzetin baş redaktoru ilə "Mətbuta azadlıq" kimi aclıq aksiyasında qonşu "rasklatuşka"da yatırdım), de, belə yazılara son versinlər. Sözünü olduğu kimi yazıram: "...Heydər Əliyev Azərbaycanın özüdür, biz onu Azərbaycanın gələcəyi üçün qorumalıyıq...".
Mən Eldar Həsənovun kabinetindən həmin redaktora zəng vurdum, nə lazım idi dedim, həmin bəlli məzmunlu yazılar bir daha təkrarlanmadı...
 İndi belə bir ürək sahibini həbsxanada o formada rəftarla çürütməyi və çərlətməyi heç Allah da götürməz! Hansısa səhvi varsa, bunun o müstəvidə çözülməsinin min yolu var. Gəlin ədalətli olaq! Çünki heç kim Eldar Həsənova məlum münasibətdən sığortalanmayıb. Belə Vətənsevərləri Azərbaycan üçün qorumaq lazımdır... Azərbaycanı qoruduğumuz kimi... Onun İlham Əliyev barədə söylədiyi isə başqa bir dərin yazının mövzusudur. Tezliklə onu da yazaram... Bunlar yozulmaz və pozulmaz tarixdir. 
Asif MƏRZİLİ

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 18 January 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA