Ukrayna Milli İslahat Şurasının sədri, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sensasion açıqlama verib. "Ukrainskaya pravda" yazır ki, o,  Donbasdakı döyüşlərin qızğın vaxtında ABŞ-ın Donetski ələ keçirmək üçün xüsusi plan hazırlayıbmış. M.Saakaşvili bu barədə "Ukrayna 24" kanalına verdiyi müsahibəsində bildirib. O, qətiyyətlə bildirib ki, ABŞ Mərkəzi Komandanlığının keçmiş başçısı David Petraeus Kiyev rəhbərliyini Donetskə hücum etməyə çağırdığını və şəhəri almaq üçün xüsusi əməliyyat planı hazırladığını deyib. Sitat: “Yadımdadır, Donetski götürə biləcəkləri bir an var idi. Bunu öz adımdan demirəm. General Petraeus mənə uzun bir SMS göndərmişdi, o zaman mən Nyu Yorkun şimalındaydım. O, mənə "A, B, C, D, D" yazmaqla, Donetskə getmək üçün əlverişli vaxtın olduğunu bildirdi".

 M.Saakaşvilinin sözlərinə görə, David Petraeus Donetski ələ keçirməyin zəruriliyində israrlı olub və hətta bunu təhlükəsizlik qüvvələrinin özlərinin edə biləcəyi ilə əsaslandırıb. Saakaşvili Amerika generalının bu xüsusi əməliyyat planını prezident Poroşenkoya göndərdiyini, ancaq Poroşenkonun reaksiya vermədiyini əlavə edib: "Yaxşı, heç olmasa geri zəng et, maraqlan, bu şəxsi dəvət et, fikirlərini dinlə. Ən azından bunu edərdi", - deyə M. Saakaşvili əsəbi halda müsahibəsində söyləyib.

Maraqlıdır ki, M.Saakaşvilinin bu sensasion açıqlaması Ukraynanın Donetski geri qaytarmaq planı barədə KİV-də yayılan məlumatların fonunda ortaya çıxıb. Bu isə siyasi və hərbi analitiklərin diqqətini çəkməkdədir. Ukrayna KİV-ləri belə yazır.

Asif Mərzili


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA