“Taliban”ın gəlişi ilə ölkədə 150-dən artıq media orqanı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb...

Ötən gün BMT-nin baş katibi Antoniu Quterriş Cenevrədə donorlar konfransının iştirakçılarına bildirib ki, BMT-nin Fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi fondu Əfqanıstanda humanitar əməliyyatlara dəstək üçün 20 milyon dollar vəsait ayıracaq.

Xatırladaq ki, baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitis daha öncədən  tədbirin məqsədinin Əfqanıstan xalqına kömək etmək üçün, növbəti dörd ay ərzində  606 milyon dollar toplamaq olduğunu açıqlamışdı. Konfransdan gözlənilən gözləntilər isə özünü doğruldub.

Baş katib Quterreş də bildirib ki, Əfqanıstan üzrə beynəlxalq konfransın iştirakçıları bu ölkə əhalisinə humanitar yardım üçün 1,1 milyard dollardan çox pul ayıracaqlarını bəyan ediblər.

 “Bu konfrans mənim Əfqanıstan xalqı ilə həmrəylik planındakı bütün gözləntilərimi tam doğrultdu”, – deyə vurğulayıb.

Quterriş beynəlxalq ictimaiyyətin Əfqanıstan əhalisinə humanitar yardımın göstərilməsi mexanizminin işə salınmasında göstərdikləri səylərdən məmnunluğunu ifadə edib.

ABŞ da Əfqanıstana humanitar yardım məqsədilə 64 milyon dollar ayırıb. Bu barədə ABŞ BMT yanında daimi nümayəndəsi Linda Tomas-Qrinfild Əfqanıstan üzrə donor konfransında video çıxışı zamanı bildirib.

Xatırladaq ki, avqustun 15-də “Taliban”ın Kabili işğalından sonra Əfqanıstan “şəriət” qanunları ilə idarə olunmağa başlayıb. Ölkədə müxtəlif qadağalar, məhdudiyyətlər tətbiq edilib, daha çox isə qadınlara qarşı “şəriət” qanunları ön plana sürülür.  Yüz minlərlə insan ev-eşiyindən didərgin düşüb, ölkədə ərzaq çatışmazlığı yaranıb.

Artıq Əfqanıstanda 150 -dən çox media orqanı da fəaliyyətini dayandırıb.

Bu rəqəmə radio stansiyaları, çap mediası və televiziya kanallarının da daxil olduğu bildirilir. Medianın fəaliyyətinin dayandırılmasının səbəbləri kimi həm onlara qarşı tətbiq edilən məhdudiyyətlər, həm də iqtisadi problemlər olduğu bildirilir. İxtisaslaşmış təşkilatların nümayəndələrinin fikrincə, bu problemlər həll olunmasa, fəaliyyətini dayandıran media orqanlarının sayı artacaq...

Amma hələ ki, dünya ölkələri bu ölkəyə yalnız humanitar yardım edə bilirlər...

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA