Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Estoniyada yaşayan azərbaycanlılarla görüş keçirilib.

Qeyd edək ki, ölkəmizin Estoniyadakı səfirliyi tərəfindən təşkil edilən görüşdə xaricdə yaşayan həmvətənlərimizin milli mənafelərimizin qorunması istiqamətində apardıqları fəaliyyətin önəmi qeyd olunub.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, həmin torpaqlarımızda ermənilərin törətdiyi vəhşiliklərin dünya, o cümlədən Estoniya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Estoniya arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından bu ölkədə yaşayan həmyerlilərimizin həyata keçirdikləri fəaliyyətin davamlı olmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin birgə tədbirlərin keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

E.ŞİRİNOV