Hazırda həbsxanada olan Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasania oğlu ilə görüşüb. Alasania oğlunun hazırkı durumundan narahat olduğunu dilə gətirib.

"Saakaşvilinin aclıq aksiyası ilə bağlı fikrini bilirəm, lakin yenə də bunu dayandırmasını istədim və yox cavabı aldım".

Gürcüstan KİV-nin məlumatına görə, bu sözləri Mixeil Saakaşvilinin anası Giuli Alasania, həbsxanada Saakaşvili ilə görüşdükdən sonra deyib. Onun sözlərinə görə, Saakaşvili əvvəlki halında deyil: "Ondan yox cavabı alınca mövzunu dəyişdim. O, yanımzda özünü daha yaxşı göstərmək istədi, amma bilirəm ki, əvvəlki halında deyil. Həkimlərin dəyərləndirməsi daha dəqiq olardı, mən sadəcə onu deyə bilərəm ki, əvvəlki kimi deyil. Söhbətimizdə xüsusi heçnə olmadı, övladları ilə də danışdı. Bu bizim onunla ilk görüşümüz idi, buna çox sevindik", - deyə G. Alasania bildirib.

Qeyd edək ki, Gürcüstanın baş nazir İrakli Qaribaşvili Saakaşvilinin həbsxanada aclıq aksiyası keçirməsinə münasibət bildirib. Baş nazirin sözlərinə görə,  son günlərdə davam edən bu sirk və şou, əlbəttə ki, yalnız bir məqsədə xidmət edir, onlar ikinci turda hər yerdə uduzacaqlarını bilirlər, buna görə də bir qədər siyasi gərginlik yaratmaq istəyir: "İkinci turdan əvvəl ictimaiyyətə məhbus Saakaşvilinin ağır xəstə olduğunu göstərmək istəyirlər. Saakaşvili gündə bir neçə dəfə ixtisaslı həkimlər tərəfindən yoxlanılır, onun səhhətinin vəziyyəti qənaətbəxşdir. Ancaq insan aclıq aksiyası keçirdiyini deyirsə, onda yarım kiloqram bal yeməməlidir. Müvafiq xidmətdən verilən məlumata görə, şəxsən kredit kartı ilə 7 qutu bal alıb və yarım kiloqram bal yeyib. Ona görə də bu yalanları dayandırın və əhalini aldatmayın", - deyə İ. Qaribaşvili bildirib.

Xatırladaq ki, eks prezident M.Saakaşvili oktyabrın 1-də Tibilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

O, artıq 10 gündür ki, aclıq aksiyası keçirir. Mixeil Saakaşvilinin  şəxsi həkimi Nikoloz Kipşidze Saakaşvilinin vəziyyətinin pisləşdiyi barədə açıqlama verib. Onun sözlərinə görə, pisləşmə aclıqdan qaynaqlanır:" Meyvə şirəsi və balın məsələsinə gəlincə, həbsxana rəhbərliyi Saakaşvilidən meyvə şirəsi içməsini və çaya bir çay qaşığı bal əlavə etməsini istəyib. O bunu edib və onun səhətinə kömək olub, amma onun guya 8 kiloqram bal aldığı məlumatını televiziyada eşidəndən sonra Saakaşvili bunu davam etdirmədi. Bu isə vəziyyətini çətinləşdirdi. İndi vəziyyət kritik həddə yaxındır. Mişanın talassemiya qan xəstəliyi var", - deyə həkim vurğulayıb. 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər