Türkiyə və İran təhlükəsizliyə dair əməkdaşlıq müqaviləsi imzalayıb

İranın paytaxtı Tehranda rəsmi səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə həmkarı Əhməd Vahidi arasında ikitərəfli və heyyətlərarası görüşlərdən sonra anlaşma memorandumu imzalanıb və birgə mətbuat konfransı keçirilib.

TRT-nin məlumatına görə, nazir S. Soylu çıxışında  bildirib ki, PKK terror təşkilatı və bütün terror təşkilatları ilə mübarizədə ortaq bir iradə nümayiş etdiririk:" Bir çox işçi qrupumuz var və bu, iki ölkənin tələblərini və dinamikasını ortaya qoymuşdur. Bu gün bir daha terrorla mübarizədə qətiyyətli olduğumuzu və birliyimizi təsdiq etdik".

Əfqanıstanda baş verən son hadisələrdən sonra qeyri-qanuni miqrasiyanın hərəkətlənməsinə qarşı illərdən bəridir ortaq davam etdirilən fəaliyyətləri və miqrasiya ilə mübarizəni bir daha müzakirə etdiklərini ifadə edən Soylu nazirliklər arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirəcək bir anlaşma memorandumu imzaladıqlarını söyləyib.

Əhməd Vahidi isə bildirib ki, Türkiyə və İran münasibətlərində iki ölkə xalqının mənafeyinə xidmət edəcək daha dərin bir yeni dövr başlayacağını bildirərək, "Sui -qəsdçilərin İranla Türkiyə arasındakı münasibətlərdə problem yaratmasına icazə verməyəcəyik" deyib.

Qeyd edək ki, imzalanan anlaşma memorandumu iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq və inkişaf etdirmək məqsədi daşıyır. Memorandum iki ölkə, xüsusən sərhəd bölgələri ilə bağlı hər cür terror və qanunsuz əməllərin qarşısının alınmasını və bu istiqamətdə həyata keçirilən hər cür hüquq-mühafizə tədbirlərinin qarşılıqlı inkişafını nəzərdə tutur.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA