SAAKAŞVİLİYƏ HƏBSXANADA QAN KÖÇÜRÜLÜB

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin aclıq aksiyası fonunda səhhəti pisləşdiyi   üçün, saxlanıldığı həbsxanada qan köçürülüb. Bu barədə Gürcüstan KİV-nə onun şəxsi həkimi Nikoloz Kipşidze deyib.

Kipşidze bildirib ki, onun bir parametri çox pisdir və biz ona qan köçürməli olduq. Prosesin yaxşı keçdiyini və bu işdə həbsxana həkimləri və təcili yardım qrupunun yardım etdiyini söyləyən həkim "Saakaşvilinin həbsxanada deyil, klinikada müalicəyə ehtiyacı var", - deyə vurğulayıb.

Kipşidze bildirib ki, təcridxananın tibb kabineti belə prosedurlar üçün nəzərdə tutulmayıb.

Qaribaşvili: " Məhbus Saakaşviliyə heç vaxt əlavə üstünlüklər verilməyəcək"...

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan mediasına “Saakaşviliyə heç vaxt əlavə üstünlüklər verilməyəcək, çünki o da digər məhbuslardan fərqlənmir", - deyə söyləyib.

Onun sözlərinə görə, Saakaşvilinin digər məhbuslardan bir tək fərqi qat-qat çox cinayətlər törətməsidir: "Saakaşvilinin yemək yeməsinə kim mane olur, niyə ac qalır? Məhbus Saakaşviliyə heç vaxt əlavə üstünlüklər verilməyəcək. Hazırda həbsda bir neçə min məhkum var, onların da qayğıya ehtiyacı var. Məhkum Saakaşvili onlardan heç nə ilə fərqlənmir, onun digər məhbuslardan tək fərqi ölkəmiz, xalqımız və gələcəyimiz qarşısında işğal, ölkə ərazilərinin itirilməsi və minlərlə insanın məhv edilməsi kimi qat-qat çox cinayətlər törətməsidir", - deyə İ. Qaribaşvili bildirib.

Həmçinin hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze də Gürcüstanın eks prezidenti M. Saakaşvilinin vəkillərinin xəstəxanaya yerləşdirmə zərurəti yaranarsa, eks-dövlət başçısının özəl klinikaya köçürülməsini tələb edəcəkləri barədə açıqlamalarına münasibət bildirib. O, məsələ lə bağlı bildirib ki, heç bir məhbusun xüsusi imtiyazları olmamalıdır:

"Mixail Saakaşviliyə yanaşma, hər hansı bir məhbusla olduğu kimi eyni olmalıdır. Gürcüstanda insan hüquqları qorunur, bu standart çərçivəsində uyğun bir münasibət də olacaq. Əlbəttə, heç bir məhbus xüsusi imtiyazlardan istifadə etməməlidir, xüsusilə Mixail Saakaşvili”, – deyə vurğulayıb. (Qruziya Online)

Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Elə həmin gün aclıq aksiyasına başlayıb. Həbs olunmasını şərh edən keçmiş dövlət başçısı, ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini və özünü siyasi məhbus hesab etdiyini qeyd edib.

 

 Y.MƏMMƏDLİ


Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA