booked.net booked.net  

Müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayev (Həsənoğlu) cəzaçəkmə müəssisəsindən redaksiyamıza zəng edərək onun həbsdən azad olunmasına kömək etməyimizi xahiş edib.

Belə ki, Sənan Abdullayev əməkdaşımızla telefon söhbəti zamanı cəzasının yarısını çəkdiyini və cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi üçün Azərbaycan Prezidentindən əfv olunmasını xahiş edib.

İnsanlıq və humanizim naminə onu deyə bilərik ki, həyatda heç kim səhvlərdən sığortalanmayıb. Yalnız ölülər səhv etmir! Bu fəlsəfəni rəhbər tutaraq köməksiz vəziyyətdə olan Sənan Abdullayevin əməlində günahsızlıq axtarmadan, düşünürük ki, onun əfv olunması üçün Azərbaycan Prezidentindən xahiş etmək üçün məqamdır.

Xatırladaq ki, Sənan Həsənoğlu  (Abdullayev) xeyli müddət jurnalist fəailiyyəti ilə məşğul olub. Belə ki, o, 20 ilə yaxın müddətdə “AZTV”, “SPACE” və  “ATV” televiziyalarında, həmçinin Qarabağ bölgəsində bölgə muxbiri vəzifəsində də çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” zamanı Sənan Həsənoğlunun fəaliyyəti  hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi qiymətləndirilib. 2021-ci ildə “Xəbər kanalı” adlı internet televiziyası yaradıb və s.

O, Goranboy Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahiblərinin şikayəti  əsasında həbs olunub. Artıq 3 ilə yaxındır həbsdədir.

Hesab edirik ki, yaxınlaşmaqda olan Milli Mətbuat günü ərəfəsində onun əfv olunması Allaha da xoş gedər. İnanırıq ki, cənab Prezident Sənan Abdullayevin azad edilməsinə qərar verər.

Asif Mərzili,

"Təzadlar" qəzetinin və eyni adlı saytın rəhbəri,

Avropa Mətbuat Federasiyasının üzvü  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA