Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 09:16

1 milyon avro qazanmaq istəyən bu məlumatı tez oxusun və…

Bunu da eşitdik: Almaniyanın paytaxtı Berlində təxminən 100 min nəfəri günlərlə elektriksiz qoyan elektrik şəbəkəsinə hücumla bağlı istintaqa kömək edəcək konkret məlumata görə 1 milyon avro mükafat elan edilib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla  xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Berlin əyalətinin daxili işlər naziri İris Şpranger Berlin Əyalət Parlamentinin Daxili İşlər Komitəsində cənub-qərbi Berlində elektrik kabellərinə edilən hücum barədə məlumat verib.

Nazir Federal Prokurorluğun bu hücumla bağlı mühüm məlumat təqdim edən şəxslərə 1 milyon avro mükafat təklif etdiyini təsdiqləyib və federal hökumətin bu məbləği uyğun hesab etdiyini bildirib.

Şpranger belə yüksək məbləğin istisna hal olduğunu vurğulayıb:

“Bu, birdəfəlik qərardır. Federal hökumətin indiyədək bu miqyasda mükafat təklif etdiyini xatırlamıram”.

Onun sözlərinə görə, mükafatın məqsədi 3 yanvarda baş verən yanğın hadisəsinə aydınlıq gətirəcək və cinayətkarların kimliyinin müəyyənləşdirilməsinə kömək edəcək məlumatların əldə olunmasıdır. O, hücumu “terror aktı” kimi qiymətləndirib.

Qeyd edək ki, 3 yanvarda elektrik xətlərinə edilən hücumdan sonra Berlinin cənub-qərbində təxminən 100 min sakin İkinci Dünya Müharibəsindən bəri ən uzun elektrik kəsintilərindən biri ilə üzləşib. Nəticədə təxminən 50 min ev təsərrüfatı günlərlə elektrik və istilikdən məhrum qalıb. Hücuma görə məsuliyyəti solçu “Vulkan” qrupu öz üzərinə götürüb. Federal Prokurorluq isə hadisə ilə bağlı terrorizm şübhəsi ilə istintaqa başladığını açıqlayıb.

Polis hələki müsbət mesaj almayıb, amma mükafat da şirnikləndiricidir!

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!