…Vaşınqtonda paraflanmış Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in 8-ci bəndinin təmin olunması uzun illər və qarşılıqlı səylər tələb edir.
Həm də bu bəndin tələblərini təmin etmək yalnız hakimiyyətlərin işi deyil, əsasən cəmiyyətə aid məsələdir. Xalqımıza qarşı 100 ildən artıq (bəlkə də bir neçə əsr) davam edən nifrət, irqçi yanaşma dərin köklər salıb. Son 35 ildə isə biz də xalq və cəmiyyət olaraq adkevat reaksiyalar veririk və əlbəttə bizim də bu sahədə görməli işlərimiz var. Amma biz bunu tədricən etməliyik, özü də xalqımıza qarşı həyata keçirlən cinayətləri, o cümlədən soyqırım, insanlıq əleyhinə və müharibə cinayətlərini unutmadan.
Ədəbiyyatımızda, filmlərimizdə, rəsmi sənədlərimizdə xalqa və dövlətə qarşı edilənlər tam əks olunmalı və saxlanılmalıdır. Amma bundan sonra biz bunu nifərt dili, irqi yanaşa olmadan etməliyik. Amma bunu bizdən də qabaq Ermənistan dövləti və xalqı başlamalıdır. Bu birdən-birə alınmayacaq. Yavaş-yavaş başlamalıyıq. Məsələn, Xankəndidəki “Biz və bizim dağlar” adlanan tikilinin üzərini cızıb nəsə yazmaqla biz nə sübut etmək istəyirik? Ordakı hakmiyyət orqanları hara baxır? Hər ora yolu düşəni sanki kimisə istiqamətləndirir ki, get orda şəkil çəkdir. Niyə? Niyə biz bu tikilini, populyarlaşdırmalıyıq ki? Niyə erməni tərəfinə və onun havadarlarına bizi vandalzmdə ittiham etməyə əsas verməliyik? Onlar bizə məxsus bütün mədəni irsi məhv edib. Amma artıq biz sajiş paraflamışıq. Bundan sonra ehtiyatlı olmalıyıq. Ölkədə mədəniyyət məsələləri ilə bağlı dövlət orqanı var guya. O qurum haqqında heç nə demək istəmirəm. Hər şey aydındır zatən.
12 bal məsələsinə gəlincə. Biz hakim, jüri və s. qiymətləndirici olarkən peşəkar yanaşmağa bocluyuq. Qiymətləndirmədə kriteriyalar sırasında milli, dini, irqi fərqlər olmamalıdır. Sadəcə qucaqlaşmaq hələ çox tezdir. Protokol qaydaları kifayətdir.
Sahib Məmmədov,
Azərbaycan Əmək Liqasının rəhbəri