Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Bu günədək işğaldan azad edilən ərazilərdə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti göstərməklə bağlı 1358 müraciət daxil olub ki, bunun da 895-i yerli, 463-ü isə xarici müraciətlərdir”.
Bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunan konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov deyib.
Onun sözlərinə görə, ümumi müraciətlərin 587-si investisiya layihəsi, 553-ü iş və xidmətlər, 218-i isə digər istiqamətlər üzrə olub.
“Daxil olan investisiya layihələrinin 90 faizi (526-sı) yerli, 10 faizi isə (61-i) xarici investorlar tərəfindən təqdim olunub. 135 milyon manat dəyərində investisiyanı əhatə edən 67 layihə üzrə işlərə başlanılıb (sənaye, kənd təsərrüfatı, ticarət və xidmət üzrə-red.). Artıq sözügedən investisiya layihələri üzrə 50 milyon manat yatırılıb və 670-dən çox iş yeri yaradılıb”, – deyə Z.Bədirxanov qeyd edib.