İtaliyanın Bolzano vilayətində hər hansı bir əfsanə qədər qeyri-adi bir hekayəsi olan bir ev var. Bu ev 150 ildən çox əvvəl, düz və möhkəm bir torpaq üzərində inşa edilmişdi. Lakin 1882-ci ildə bir fəlakət baş verdi: Yaxınlıqdakı çaydan güclü bir sel gəldi və evin altındakı torpağı yuyub apardı.
Məntiqə görə, evin yerlə-yeksan olması lazım idi.Amma o, yenə də ayaqda qaldı. Çünki sular çəkiləndə gizli bir qoruyucu üzə çıxdı: Evin altına mükəmməl şəkildə yerləşmiş, onu dağıntıdan qoruyan nəhəng bir qaya varmış! Bu daş təkcə binanı deyil, onun divarları arasında yaşayan ailəni də xilas etdi. Bəzən tale öz imzasını ən səssiz yollarla qoyur. Bolzanodakı bu kiçik ev sadəcə bir ev deyil; tarixə yazılmış bir möcüzədir.
Bəzən tale bizi səsssizcə qoruyur, heç güman gəlməyən yerdən kömək gəlir. Ona görə də ümid deyilən o gözəl duyğunu heç vaxt itirməyin!