Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər 3 aylıq həbs edilib.
“Tezadlar”ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib.
Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.