10 Sentyabr 2025 / 11:02

16 yaşlı qıza təcavüz edən 4 nəfər həbs edildi

Ağdamın Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. Tezadlar.az DİN-ə istinadla xəbər verir ki, zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.  DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda bildirilib ki, Ağdam rayonunda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!