15 Oktyabr 2025 / 18:36

16 yaşlı tələbə qız huşsuz vəziyyətdə tapılıb

Bərdədə 16 yaşlı tələbə qız Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin sanitar qovşağında huşsuz vəziyyətdə tapılıb.

Tezadlar.az  xəbər verir ki, təhsil mərkəzində təhsil alan 16 yaşlı qız sanitar qovşağından uzun müddət çıxmadığına görə, narahat olan tələbə yoldaşları onu orada huşsuz vəziyyətdə aşkar edib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağrılıb. Həkimlər onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Məsələ ilə bağlı, TƏBİB – dən verilən məlumatda bildirilir ki, (15.10.2025-ci il tarixində saat 13:20 radələrində 2009-cu il təvəllüdlü şəxs (qadın) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Nevrosteniya diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

 

trend

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!