Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


17 yaşlı qız dostları ilə qəhvə içmək üçün kafeyə gələrək dünyasını dəyişib.
Hadisə İspaniyanın Manzanares şəhərində baş verib.
Tezadlar.az Daily Mail-ə istinadən bildirir ki, qız dostları ilə çox səs-küylü olan bir müəssisəyə yeməyə gedib. İspan laktoza dözümsüzlüyünün ağır olduğunu bildirərək, südsüz təmiz qəhvə sifariş edib.
Lakin ofisiant qızın sözlərini eşitməyib və qoşa südlü içki yazıb. Bir neçə qurtum qəhvə səbəbiylə ziyarətçi ildırım sürətində anafilaktik şok keçirib.
Hadisə şahidləri dərhal təcili yardım çağıraraq ispaniyalıya kömək etməyə çalışıblar. Lakin qızı xilas etmək mümkün olmayıb – o, həkimlər gələnə qədər dünyasını dəyişib.
E.ŞİRİNOV