13 Fevral 2024 / 06:53

2 ERMƏNİ TƏXRİBATÇI ƏMƏLİNİN QURBANI OLDU

Paşinyanın və Sarkisyanla Koçaryanın küyünə gedən erməni əsgərləri bu dəfə öz təxribatçı əməllərinin qurbanı oldular…

Tezadlar.az ““Московский Комсомолец”ə istinadla bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, fevralın 13-də səhər saatlarında iki hərbçi öldürülüb. Ermənistan mətbuatı da xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Həmin günün axşamı Azərbaycan DSX “Qisas əməliyyatı” həyata keçirib və yaralı əsgərimizin qisası onqat alınıb, erməni postu darmadağın edilib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!