Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 Fevral-Gənclər Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib.
Tezadlar.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Qalereyanın üzvü, Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, FA Art Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva tələbələri ilə birgə Gənclər Gününə həsr olunmuş “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisini təqdim etdi.

Sərgi gənc rəssamların yaradıcılıq potensialını, onların sənətə baxışını və gələcəyə dair ümidlərini nümayiş etdirməyi hədəfləyir. Burada təqdim olunan əsərlər gənclərin daxili dünyasının, düşüncələrinin və arzularının rənglər vasitəsilə ifadəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək gənclərin yaradıcılıq fəaliyyətinə verilən dəstəyin dövlət siyasətində mühüm yer tutduğunu vurğuladı.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin gənc istedadların tanınması və beynəlxalq səviyyədə təqdim olunması baxımından əhəmiyyətini qeyd etdi.
Sərgidə fəxri qonaq olaraq Yeni Azərbaycan Partiyası Mərkəzi Aparat rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov iştirak edirdilər.
FA Art Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva isə tələbələrinin yaradıcılıq yolunda qazandıqları uğurları və bu sərginin onların inkişafında oynadığı rolu önə çəkdi.
Qeyd-Sosial Maarifləndirmə İctimai Birliyinin Mədəniyyət klubunun ansamblı tədbirin bədii hissəsini təqdim etdi. Ansamblın bədii rəhbəri və Mədəniyyət klubunun rəhbəri Əyyub Məmmədovdur. Proqram çərçivəsində “American İnternational Vocal Competition of Opera Singers 2023” Beynəlxalq Opera ifaçılarının vokal müsabiqəsinin qızıl medalçısı, Opera və Balet teatrının solisti Urfan Cəfərov,Mədəniyyət klubunun solistləri Yusif Sadıxov, Cahid Qubatov, Baxşəli Rəhimli, Kənan Bəşirli səhnəyə çıxaraq tamaşaçılara unudulmaz anlar yaşatdı.
Bu zəngin musiqi proqramı sərgiyə xüsusi ovqat qataraq, gənclərin yaradıcılıq enerjisini musiqi və vokal ifaları ilə tamamladı.
Sərginin sonunda rəssamlara və ifaçılara təqdim edilən diplomlar onların yaradıcılıq fəaliyyətinin rəsmi təsdiqi olmaqla yanaşı, gənc istedadların zəhmətinə göstərilən yüksək qiymətin, onların gələcək nailiyyətlərinə olan etimadın və mədəniyyət sahəsindəki fəaliyyətlərinin təşviq edilməsinin mühüm göstəricisi kimi dəyərləndirildi.
Tədbirin sonunda isə xatirə şəkilləri çəkilərək bu unudulmaz günü yaddaşlarda əbədi olaraq həkk etdi.

AYGÜN