Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 15:48

2026-cı ilin fantastik qiymətə olan ən bahalı alkoqollu içkiləri-3,5 MİLYON DOLLAR!

…Bugünkü yazımızda alkoqollu içkilərin insan orqanizminə müsbət və ya mənfi təsirindən deyil, onların “dodaq uçurdan” qiymətlərindən danışmaq istəyirik. Məqamında onu da qeyd edək ki, çoxları həvəskar kimi içki kolleksiyası yığır. Hətta o içkilərin qiymətinə ev və ya avtomobil belə almaq olar. Tezadlar.az olaraq, 2026-cı il üzrə dünyanın ən bahalı alkoqollu içkilərinin hansılar olduğunu araşdıraraq Siz oxucularımıza təqdim edirik.

1. “Tequila Ley .925”-Bu tekila dünyanın ən bahalı içkisidir. Onun qiymətini artıran səbəblərdən biri də şüşəsinin 6000 brilyant qaşla bəzədilməsidir. Ümumilikdə isə bir şüşəsinin dəyəri 3 500 000 dollardır. Olduqca yüksək qiymətinə görə hələ heç kim onu almağa cəsarət etmir. 

2. “Henri IV Dudognon Heritage Cognac” konyakı –Bu konyakın şüşəsi elə görünür ki, sanki, onu orta əsr qəsrinin zirzəmisindən indicə çıxarıblar. Bu içkinin dadına baxmaq çox az adamın cibinə görədir. Onun bir şüşəsinin dəyəri 2 000 000 dollardır.

3. “Diva Vodka”- Bu içkinin bir şüşəsinin qiyməti 1 000 000 dollardır.

4. “Dalmore 62”- Bu vintaj viskinin bir şüşəsinin dəyəri 250 000 dollardır. Dünyada cəmi 12 şüşə qalıb.

5. “Armand de Brignac Mida- Bir şüşəsinin dəyəri 215 000 dollara olan “Armand de Brignac” şampanı gizli reseptlə hazırlanıb. Onu bu qədər bahalı edən səbəblərdən biri də içkinin iri qızıl qabda satılmağıdır.

6. “Croizet Cognac”, 1858-ci il- Konyak 1858-ci ilin yeganə məhsulundan hazırlanıb. Bu konyak bütün dünyada mütəxəssislər və kolleksiyaçılar tərəfindən yüksək dəyərləndirilir. Bir şüşəsinin qiyməti 150 000 dollardır.

7. “Château d’Yquem”, 1811-ci il- 1811-ci ilin “Chateau d ‘ Yquem” şərabının şüşəsinin qiyməti 130 000 dollardır. Bu şirin şərab Napoleon müharibələri zamanı yaradılıb. Dünyada ən bahalı şərab hesab olunur.

8.“İzabella İslay”- Şüşəsi tamamilə brilyantla bəzənmiş viskinin qiyməti 6000 000 dollara qədərdir.

9.“Tekila Ley 925”- Bu içki həm də dünyanın ən bahalı tekilası hesab olunur. Şüşəsi brilyant və qızılla örtülmüş içki 3.5 milyon dollaradır.

10. “Henry Dudognon Heritage”- 100 yaşı olan konyak brilyant və 24 karatlıq qızılla bəzədilmiş qabda saxlanılır. Konyak təxminən 2 milyon dollara satılıb.

11. “Makallen 1926”- Şotlandiyanın “Makallen 1926” viskisi dünyanın nadir, bununla belə ən çox tələb olunan içkilərindən sayılır. Sonuncu auksionda içki 1.9 milyon dollara satılıb.

12. “Russo Baltik”- Dünyanın ən bahalı arağı olan bu içki “Russo Baltik” avtomobil şirkəti ilə Qazaxıstandan olan şahzadə Regina Abdurəzzaqovanın birgə istehsalıdır. İçkinin şüşəsi qızıl və brilyantdan, qapağı isə ağ qızıldan hazırlanıb. Qiyməti 1.2 milyon dollardır.

Hazırladı: RÖVŞANƏ

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!