16 Oktyabr 2025 / 10:11

2029- cu ildə büdcəmizin xoşbəxt anı: cari xərclər neftdən uzaq duracaq və…

Beləliklə, 2029-cu ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına tam təmin olunacağı gözlənilir. Bu isə qeyri-neft gəlirlərinin artımı ilə yanaşı cari xərclərin optimallaşdırılması hesabına mümkün olacaq. Tezadlar.az bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”nə istinadla bildirir ki, büdcə proqnozu buna əsas verir. Belə ki, 2026-cı ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına 88.1% təmin olunacağı gözlənilir. 2027-ci ildə bu göstəricinin artaraq 95,2%-ə, 2028-ci ildə 98,7%-ə, 2029-cu ildə isə 101,5%-ə çatacağı proqnozlaşdırılır. Məlumata görə, eyni dövrdə cari xərclərin artım tempi 2026-cı ildə 1,65%, 2027-ci ildə -0,5%, 2028-ci ildə 2,3% və 2029-cu ildə 2,5% olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!