3 Avqust 2025 / 17:46

Kubanda 25 sərnişini olan avtobus körpüdən çaya düşüb

Leysan yağışlar zamanı Defan çayının məcrasından çıxdığı Kubanın Defanovka kəndində sərnişin avtobusu körpüdən çaya düşüb; 25 nəfərin hamısı xilasedicilər tərəfindən təxliyə edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.

“Defanovka kəndində Koltsevaya küçəsində avtobus körpüdən çaya düşüb. “Kuban-Spas”ın əməkdaşları 25 nəfərin hamısını xilas ediblər”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!