Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2024 / 07:39

270-DƏN ÇOX İNSAN KƏSKİN BAĞIRSAQ İNFEKSİYASI İLƏ XƏSTƏLƏNİB

Dağıstanın Buinaksk şəhərinin 270-dən çox sakini kəskin bağırsaq infeksiyası əlamətləri ilə tibb müəssisələrinə müraciət edib. Onlardan 30-dan çoxu xəstəxanaya yerləşdirilib.

Tezadlar.az bildirir ki, bu barədə “RQ”-ya şəhər rəhbərliyindən məlumat verilib.

Xəstəxanaya yerləşdirilənlər arasında 21 uşaq var. Vəziyyət şəhər rəhbərinin və respublika Səhiyyə Nazirliyinin nəzarətindədir, yenilənmiş məlumatlara görə, xəstəxanaya 35-dən çox insan daxil olub. İnsanlara tibbi yardım göstərilib.

Regional Rospotrebnadzor mütəxəssisləri hadisənin səbəblərini araşdırır və epidemioloji araşdırma aparılır. Hazırda xəstəliklə bağlı say artımı yoxdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!