MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin nəticəsi açıqlanıb.
TEZADLAR.AZ xəbər verir ki, müsabiqə Bakı şəhərində yerləşən 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması məqsədi ilə təşkil olunub.
Qalib şirkət göstərilən mərkəzlərdə gündəlik təmizlik, gigiyena və digər xidmətləri yerinə yetirəcək.
Satın alınacaq xidmətlərin siyahısı:
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
| 1 | 3 saylı Bakı “ASAN xidmət” mərkəzi | İnzibati bina təmizlik işləri | 6.300 | m(2) | 76111501 |
| 2 | 3 saylı Bakı “ASAN xidmət” mərkəzi | İnzibati bina fasadın yuyulması | 3.000 | m(2) | 76111501 |
| 3 | 4 saylı Bakı “ASAN xidmət” mərkəzi | İnzibati bina təmizlik işləri | 5.500 | m(2) | 76111501 |
| 4 | 4 saylı Bakı “ASAN xidmət” mərkəzi | İnzibati bina fasadın yuyulması | 1.800 | m(2) | 76111501 |
| 5 | 5 saylı Bakı “ASAN xidmət” mərkəzi | İnzibati bina təmizlik işləri | 6.312 | m(2) | 76111501 |
| 6 | 5 saylı Bakı “ASAN xidmət” mərkəzi | İnzibati bina fasadın yuyulması | 2.100 | m(2) | 76111501 |