6 Sentyabr 2023 / 11:17

30 UŞAQ KƏSKİN QASTROENTERİT DİAQNOZU İLƏ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Qaraçay-Çərkəz Respublikasında 30 uşaq xəstəxanaya yerləşdirilib. Onlara kəskin qastroenterit diaqnozu (mədə-bağırsaq infeksiyası) qoyulub.

Bu barədə REN TV-nin mənbəsi məlumat verib.

1-17 yaş arası uşaqlar Ust-Cequta şəhərindəki xəstəxanaya aparılıb.

“Həkimlər xəstələrin vəziyyətini orta ağır qiymətləndirirlər”, –  bildirilib.

Uşaqlar yoxlanılıb, xəstəliyin səbəbinin müəyyənləşdirilməsi davam edir. Hazırda yoxlama aparılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!