6 Aprel 2026 / 12:40

SON DƏQİQƏ: 30 yaşdan yuxarı subay xanımlara ŞAD XƏBƏR

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət aylıq müavinət verəcək

Küveytdəki qadınlarla bağlı yeni qərar gündəm olub.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Küveyt dövləti 30 yaşdan yuxarı subay qadınlara aylıq müavinət verəcək. Belə ki, əgər bir xanım 30 yaşına qədər ailə qurmayıbsa, aylıq 560 Küveyt dinarı (təxminən 3075 manat) müavinət alacaq.

Müavinət daha çox gəliri olmayana, valideynini itirən xanımlara ödəniləcək. Dövlət bunu ümumi həyat keyfiyyətini artırmaq məqsədiylə etdiyini açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliyində də 30 yaşa qədər ailə qurmayanlara dövlət tərəfindən aylıq maaş ödənildiyi xəbəri gündəmə gəlmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!