Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 09:26

32 saat beyin əməliyyatı aparan həkimə şübhələr artır

Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataşova doktor Pərvin Mirzəliyevdən yazdı. Jurnalist 32 saatlıq belə mürəkkəb əməliyyatı ciddi şübhələri ilə təhlil edir. Tezadlar.az həmin şərhi təqdim edir: “Öncə məlumat üçün bildirək ki, 4 gün öncə həkim-neyrocərrah 👨🏻‍⚕️Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən və tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla icra etmişdir. Bu haqqda sosial şəbəkədə məlumat vermişdir.
🖋️Jurnalist Qənirə Ataşova isə Instagram hesabında 32 saatlıq əməliyyatla bağlı araşdırma apardığını və bunun həqiqətə uyğun gəlmədiyini bildirib.
▪️“İki gündür sosial şəbəkələrdə beyin cərrahı Pərvin Mirzəliyevin 32 saat davam edən əməliyyatla bağlı paylaşdığı məlumatlar geniş yayılıb. Araşdırmalar göstərir ki, beyin əməliyyatlarının müddəti maksimum 12–14 saat qəbul edilir. Əməliyyat vaxtı bu limiti keçdikdə mərhələli əməliyyatların aparılması daha məqsədəuyğun sayılır. Burada iki əsas faktor nəzərə alınmalıdır.
– Birinci faktor – pasiyentin uzun müddət əməliyyatda qalması zamanı anestezioloji və cərrahi risklərin artmasıdır.
– İkinci və daha həlledici faktor cərrahın fiziki və emosional yorğunluğu, tükənməsidir. Xüsusilə nəzərə alsaq ki, mürəkkəb beyin əməliyyatlarının ən çətin mərhələləri əməliyyatın sonuna yaxın baş verir, bu zaman yorğun cərrahın səhv etmə riski xeyli artır.
– Əlavə olaraq qeyd edim ki, beynəlxalq səviyyədə məşhur amerikalı neyrocərrah Michael T. Lawton (1000-dən çox AVM əməliyyatı icra edib) müsahibəsində ən böyük AVM əməliyyatını maksimum 14 saatda tamamladığını bildirib.
Sevimli ChatGPT-də soruşsanız ki, AVM əməliyyatı nə qədər çəkir, cavab olaraq orta hesabla 4–8 saat, bəzi mürəkkəb hallarda isə 12 saata qədər uzana bildiyi qeyd olunur”.
‼️Daha sonra jurnalist Səhiyyə Nazirliyinə və Respublika Diaqnostik Mərkəzinin rəhbərliyinə sual yönləndirib:
“Zəhmət olmasa, cəmiyyətin marağını nəzərə alaraq, bir sualımızı cavablandırarsınız:
– 32 saat ərzində həkim otaqda konkret olaraq nə ilə məşğul olub? Çünki beynəlxalq tibbi protokollara əsasən, ən mürəkkəb AVM əməliyyatlarında belə cərrahiyyə müddəti maksimum 12 saatla məhdudlaşır.
– Belə olan halda, həkimimizin 32 saatlıq fəaliyyətini necə əsaslandırırsınız və niyə bu qədər riskli və şübhəli bir müddətdə həkimə müdaxilə etməmisiniz?
– Daha bir xahişimiz budur. Cəmiyyətə addım-addım, detallı şəkildə izah edəsiniz ki, bu 32 saat hansı mərhələlərdən ibarət olub, hansı prosedurlar aparılıb, fasilələr necə təşkil olunub, pasiyentin həyati göstəriciləri necə izlənib və ən əsası, bu proses hansı tibbi meyarlara əsaslanıb? Çünki şübhəsiz ki, belə “unikal” əməliyyat tibbin inkişafında yeni səhifə açır və belə də Guinness Rekordlar Kitabına düşməyiniz üçün əla fürsətdir – əlbəttə, məqsədiniz şan-şöhrət üçün xalqı aldatmaq deyildisə…”
‼️– Dünya protokollarına zidd olan 32 saatlıq AVM əməliyyatı ilə bağlı Azərbaycan Neyrocərrahlar Assosiasiyasının rəsmi açıqlaması tezliklə yayımlanacaq. Məsələ müzakirəyə hazırlanır.
Sevinə bilərsiniz: ya ölkə olaraq Guinness Rekordlar Kitabına düşəcəyik, ya da bu “fantastik əməliyyat hekayəsi” rəsmən təkzib olunacaq. Hər iki halda da ya rekord sahibiyik, ya da sadəcə xəyal dünyasında yaşayırıq – gözləyək, görək!
Cərrahi əməliyyat otağı ŞOU yeri deyil!”
Əlavə ərhə ehtiyac varmı???
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!