2 Aprel 2026 / 12:20

33 ildən sonra Kəlbəcərə köçdülər – FOTO

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb. Tezadlar.az Qaçqınkom-a istinadla xəbər verir ki, köç karvanı Tərtər şəhərindən yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə – 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar. Onlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!