Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Sentyabr 2025 / 08:45

34 il əvvəlin bu günü Laçın Ərazi Özünü Müdafiə Batalyonu yaradılmışdı

Bu gün Laçın Ərazi Özünü Müdafiə Batalyonu (ƏÖMB) yaradılması günüdür.
30 sentyabr 1991- ci ildə Paşayev Arif Fəxrəddin oğlu Laçında yaradılacaq Laçın Ərazi Özünü Müdafiə Batalyonunun Komandiri təyin olundu.
Həmin günü bir neçə nəfərlə yerləşmə yeri üçün təyin olunmuş internat məktəbinə getdik. Baxış keçirdikdən sonra 1 oktyabrda şəxsi heyət qəbul etmək üçün mümkün şərait yaratdıq. Laçın ƏÖMB-nun komandiri Arif Pasa mənə sabahdan əmr kitabını hazırlayıb yazmağı əmr etdi və 1 oktyabrda bir saylı əmri ilə məni Laçın ƏÖMB- nun qərargah rəisi təyin etdi.
Az bir zaman kəsiyində Laçın rayonunun Ermənistanla 37 km, Dağlıq Qarabağın ermənilər yaşadığı kəndlərlə 35 km bilavəstə təmas xəttini müdafiə etməklə bərabər Batalyonun say tərkibin, silah-sursat və texnika cəhətdən inkişaf etdirməklə Alay səviyyəsinə çatdırdıq.
Arif Paşa Laçında ilk ƏÖMB-nu yaratmaqla Azərbaycanda Ordu quruculuğunun təməlini qoydu.
30 aprel 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən ləğv edildiyimizə baxmayaraq silahı yerə qoymadıq. Müdafiə Nazirliyi tərəfindən heç bir ərzaq, əşya, silah , sursat və texnika cəhətdən təmin olunmamağımıza baxmayaraq 5 ay 25 gün əmrsiz döyüşdük. Şəhidlər verdik. Elə vaxtlar olduki əmrsiz olduğumuza görə şəhidlərimizi Şəhidlər Xiyabanına buraxmadılar. Heç kimdən incimədik, heç kimə təmənna etmədik. Laçının şimalında DQ tərəfdən bütün strateji yüksəklikləri ermənilərdən azad etdik. 2 oktyabrdan 7 oktyabradək 5 nəfər şəhid 12 nəfər yaralı verərək 22 km irəliləyərək sol cinahdan Laçın şəhərinin 1 km dək erməniləri geri oturtduq.Sonralar Laçın Alayı olaraq Cəbrayıl, Fizuli rayonları uğrunda gedən döyüşlərdə iştirak etdik.
Komandanlıq tərəfindən bütün mümkün məhrumiyyətlərə baxmayaraq şərəfli döyüş yolu keçmiş Laçın Alayı Azərbaycan hərb tarixinə ilk hərbi hissə kimi daxil oldu. 1 OKTYABR 1991- ci il.
Nəzərinizə çatdırım ki, 811 saylı Laçın Alayı yüksək komandanlığın Yazılı Əmri olmadan heç bir döyüş bölgəsindən bir addımda geri çəkilməyib.
Laçın Alayının döyüş yoluna qısa bir baxış.
Rafiq Naģiyev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!