8 Sentyabr 2025 / 22:52

36 yaşlı kənd sakini elektrik qəzasında həlak oldu

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb.

“Tezadlar”ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.

Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!