Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yayda İspaniya təmsilçisi “Vilyarreal”la müqaviləsinin müddəti başa çatan Raul Albiol karyerasını İtaliyada davam etdirə bilər.
“Tezadlar” “Football Italia”ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi A Seriyasının debütantı “Piza” ilə anlaşıb.
İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan futbolçunun “Piza”ya keçidinin yaxın günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, R.Albiol karyerası ərzində ölkəsində “Valensiya”, “Xetafe”, “Real” kimi klublarda çıxış edib. O, 2013-2019-cu illərdə “Napoli”nin (İtaliya) şərəfini qoruyub.