Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu barədə “Tezadlar.az”a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkədə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Reabilitasiya sahəsində keyfiyyət və əlçatanlığın təmin edilməsi üçün atılan addımlar, xidmətlərin həcminin genişləndirildiyi, alternativ reabilitasiya üsullarının tətbiq edildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində 3 600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib və həmin xidmətlər bu gün də davam etdirilir. Həmçinin protez istehsalı sahəsində dünyanın qabaqcıl şirkətləri olan “Ottobock” (Almaniya) və “ÖSSUR” (İslandiya) şirkətləri ilə sıx əməkdaşlıq qurularaq, 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.
Müharibə iştirakçıları ölkədə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlərlə bağlı razılıqlarını ifadə ediblər.
Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.