Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2025 / 18:26

5 gün çalışanlara bu şənbə iş günü olacaq – əvəzində 4 gün ardıcıl istirahət

Azərbaycanda iyunun 21-i şənbə günü olmasına baxmayaraq, rəsmi iş günüdür. 

TEZADLAR.AZ  xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı Qərarda öz əksini tapıb.

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, iş günü, 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri isə qeyri-iş günüdür.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür kimi qeyd olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!