Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Xəbər verdiyimiz kimi, ötən ilin yayında bloger və jurnalist Mahambet Abjan Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət alarkən saxlanılıb.
Artıq Astananın Sarıarka rayonunun 2 saylı məhkəməsi Abjanın işi üzrə hökmü elan edib.
Hökmə əsasən, jurnalistə 9 il həbs cəzası verilib.
Hökm qanuni qüvvəyə minməyib.
Xatırladaq ki, 2022-ci il iyulun 3-də “Astana Tower” biznes mərkəzinin binası qarşısında jurnalist Mahambet Abjan 50 milyon tenge (təqribən 185 176.67 AZN) alarkən saxlanılıb.
“Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən sahibkardan kütləvi informasiya vasitələrində gözdən salmaq hədəsi ilə xüsusilə külli miqdarda pul tələb edən vətəndaş Mahambet Abjanın cinayətkar fəaliyyəti dayandırılıb. İyulun 3-də keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində vətəndaş Mahambet Abjan 50 milyon tenge aldıqdan sonra cinayət başında yaxalanıb və müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib”, – deyə KQMX-i məlumat vermişdi.
JASMİN