Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zaqatala sakini bağında hücuma məruz qalıb.
Tezadlar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bazar kəndində qeydə alınıb.
Kənd sakini, 58 yaşlı Tərlan Hacıməmməd oğlu Əliyev bağda naməlum şəxsin hücumuna məruz qalıb.
Hadisə zamanı T. Əliyevin bədənin müxtəlif nahiyələrinə xəsarət yetirilib.
T. Əliyev ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətinin regional qrupundan Tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs saxlanılıb və hazırda ərazi üzrə polis orqanında araşdırmalar aparılır.