6 Oktyabr 2025 / 14:00

525 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb – xəsarət alan var (FOTOLAR)

Bu gün səhər saat 11.00 radələrində  Əcəmi metrosundan Masazır istiqamətində hərəkətdə olan “77-JV-297”  dövlət nömrə nişanlı 525 saylı marşrut avtobusu qəzaya uğrayıb.

Tezadlar.az -ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Əcəmi metrosundan Masazır istiqamətində hərəkətdə olan “77-JV-297” dövlət nömrə nişanlı 525 saylı  sərnişin avtobusu əks istiqamətdə hərəkət edən “77-JV-276” dövlət nömrə nişanlı 525 saylı avtobusun arasından ötüb keçməyə çalışan “77-QK-700” nömrə nişanlı “BMV” markalı minik avtomobili  birinciyə çırpılaraq pəncərəsini sındırıb. Zərbədən sınan pəncərənin şüşə qırıqları əks tərəfdən – Masazırdan Əcəmi metrosu istiqamətdə hərəktədə olan “77-JV-276” dövlət nömrə nişanlı 525 saylı avtobusun açıq pənçərələrindən salona və sərnişinlərin üstünə tökülərək onları təşvişə salıb, avtobusun sürücü isə başından və üzündən xəsarətlər alıb.

N.İbrahimova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!