6 Avqust 2025 / 08:15

Bu şeirlər Ağsuyun ətri və təbiəti ilə mayalanıb…

Redaksiyamıza bir ağsaqqal gəlmişdi…  Salam verdi və tanış olduq. Məlum oldu ki, qonağımız Respublika Ağsaqqallar Şurasının üzvü, Ağsu rayon Ağsaqqallar Şurasının sədr müavini Pənahov Çingiz Atakişi oğludur.

Çingiz kişi əlində tutduğu kağızları mənə uzatdı və dedi: “Uzun illərdir şeir yazıram. Amma heç yerdə dərc etdirməmişəm. Qərara gəldim ki, indiyə qədər “sandıq ədəbiyyatında” olan şeirlərimdən bəzilərini dərc etdirim. Məsləhət bilsəniz dərc edərsiniz”.

 Çox nurani bir üzü vardı ağsaqqal Çingiz kişinin. Ağsu rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırovun əhali ilə rəftarını və özü kimi ağsaqqallara olan münasibətini soruşdum. Ağsaqqal böyük həvəslə danışmağa başladı: “ Bizim rayonda hələ belə məsuliyyətli, belə işgüzar, əhali arasında bu qədər hörmət qazanan başçı görməmişəm. Məni görəndə ayağa qalxıb yer verir. Ağsaqqala və elə hamıya böyük hörmət qoyan insandır. Şəhid ailələrinə, qazilərə və veteranlara xüsusi diqqət və qayğı göstərir. Allah prezident, cənab İlham Əliyevə uzun ömür və can sağlığı versin ki, bizə belə, işini bacaran başçı göndərib”.

78 yaşı olmasına baxmayaraq, olduqca gümrah görünən Çingiz kişi ilə bir xeyli maraqlı söhbət etdik, sonra sağollaşıb getdi. Çingiz kişi gedəndən sonra təqdim etdiyi şeirlərə baxdım. Xeyli təəccübləndim. Elə bilirdim söz yığınından ibarət şeirlər görəcəyəm. Amma əksinə, şeirin qayda-qanunlarına əməl edərək yazılan şeirlər diqətimi çəkdi. Şox cüzi redaktələr edəsi oldum. Müəllif  şeirdəki bölgüyə, hecaya, axıcılığa, təşbehə, məcaza mümkün qədər əməl etmişdir. Bir balaca nöqsanların olması isə şeirin ruhuna təsir etməmişdir. Demirəm şedevr şeirlərdir. Amma şeir kimi normaldır və düşündürücüdür. Hətta şeirin birində işlətdiyi məcazi fikir məni heyrətə gətirdi və nə qədər şeirlər oxumağıma baxmayaraq, belə deyimlə ilk dəfə idi qarşılaşırdım. Şair “Dağların qış fəsli” şeirində belə deyir:

 

“…Qışın gəlişinə hələ qalsa da,

Göylərin ağ qarı torpağa enib,

Quşların yuvası süd dolu kasa,

Şaxta mayalayıb qatığa dönüb.

 

Quşların yuvası süd dolu kasa,

Şaxta mayalayıb qatığa dönüb” misraları olduqca orijinal bir deyimdir. Hətta mən  deyərdim gözəl bir tapıntıdır, yenilikdir.

İstəkli oxucular, istəyirəm ağsaqqal Çingiz Pənahovun şeirləri ilə özünüz tanış olasınız. Inanıram ki, bu şeirlər sizlərin də ruhunu oxşayacaq.  

BAXDIM ÇİMƏN GÖZƏLƏ

Gecə ayı dənizdə çimən gördüm,

Yuyunurdu mavi gözlü pəri…

Lüm-lüt anadan gəlmə…

İstədim yaxın gəlim,

Ləpələr qışqırdı:

                         gəlmə-gəlmə…

Nə gəlmə?

          Qalmadı həsrətimin dözümü.

Baxdım çimən gözələ,

Günaha batırdım özümü.

A  N  A

Canından, qanından məni yoğurdun,

Canından ayrılan bir canam ana.

Bəzən həftələrlə yuxusuz qaldın,

Yuxusuz gözünə qurbanam ana.

Əridin şam kimi, mənsə böyüdüm,

Ağardı saçların vaxtsız, vədəsiz.

Hər gün təkrar olan ana öyüdün,

Yoluma nur saçır həyat da sənsiz.

Ana həsrətinə dözə bilmədim,

Dünyada hər şeydən doğmadır ana.

Qəbrini sinəmdə qaza bilmədim,

Məzarın sinəmə sığmadı ana.

***

FAZİL HƏKİM

(Ağsu Rayon Mərkəzi  Xəstəxanasının cərrah həkimi, 50 il insanların sağlamlığı keşiyində duran, Əməkdar həkim” adı verilməsi münasibəti ilə ƏZİZOV Fazil Əziz oğluna Ithaf olunur).

                                       

Hər elin, şəhərin öz həkimi var,

Şirvan torpağının loğmanı Fazil.

Yanına gələnlər tez şəfa tapar,

Sağalmaz dərdlərin dərmanı Fazil.

Qəlbə barmağından şəfa süzülər,

Ağrılar-acılar candan üzülər.

Sənin qəbuluna növbə düzülər,

Dərdlilər gələrlər dərmana Fazil.

Əlinin şəfası hər yana bəlli,

Bütün dərdlilərin dərmanı bəlli.

Söhbətin, sənətin cahana bəlli,

Durmusan sənətdə mərdana Fazil.

Əməkdar həkimi Azərbaycanın,

Aləmə yayılıb şöhrətin, şanın.

Xilaskarı oldun neçə insanın,

Layiqsən verilən Fərmana Fazil.

***
ÖMÜR-GÜN YOLDAŞIMA

Ala gözlüm, niyə məndən küsürsən?

Yoxsa xəstəliyim bezdirib səni.

Bu həmən Çingizdir göy meşələrdə,

Güllü yaylaqlarda gəzdirib səni.

Axtarıb tapıbdır olsan da harda,

İstərsə çətində, istərsə darda,

Tutub əllərindən toyda-mağarda,

Yaşılbaş sona tək süzdürüb səni.

Bu həyat yolunda bir az səbr elə,

Bir az da şəkər qat o şirin dilə.

Niyə ömrümüzü verirsən yelə?

De, kimlər yolundan azdırıb səni.

Həmişə ömrünə gül açsın bahar,

Arzular içindən doğur arzular.

Səni qorxutmasın nə boran, nə qar,

Çingiz ürəyində qızdırıb səni.

***

(Tanınmış ictimai-siyasi xadim, 30 Ildən şox Dövlət qulluğunda çalışmış Qardaşım nahov Böyükkişi Atakişi lunun əziz xatirəsinə həsr edirəm)
Q  A  R  D  A  Ş

Elə bil bir anda qırıldı belim,

Qaraldı gözlərim, tutuldu dilim.

Çırpındı ürəyim, titrədi əlim,

Bildim çətindəsən, dardasan qardaş.

                                             

Həsrətin əlindən qopa bilmədim.

Ürək istəyəni yapa bilmədim.

ldim mənzilində tapa bilmədim,

Bir kimsə demədi hardasan qardaş.

Yaman ağır oldu başımın daşı,

Söndürməz yanğımı gözümün yaşı.

Beləmi yandırar qardaş qardaşı?

Niyə gözləmədin bircə an, qardaş?

Sən üzən göllərin sonası öldü,

Sən olan dünyanın anası öldü.
Mənimçün həyatın mənası öldü,

Niyə qıydı sənə yaradan qardaş?

Suları sovrulmuş gölə dönmüşəm,

Məcrasını aşan selə dönmüşəm.

Yanıb həsrətinlə külə dönmüşəm,

Məni də öldürər bu hicran qardaş.

Sən getdin qəlbimin qırıldı simi,

Azalmaz bu dərdin kədəri-qəmi.

Sənə söz verirəm bir qardaş kimi,

Az qalıb, yatarıq yanbayan qardaş.

                                   ***

DAĞLARIN QIŞ FƏSİLİ

Burda təbiətin donub nəfəsi,

Çiçəyi görünmür, gülü görünmür.

lmir bulaqlardan qız-gəlin səsi,

Obası görünmür,  evi görünmür.

 

Qışın gəlişinə hələ qalsa da,

Göylərin ağ qarı torpağa enib.

Quşların yuvası süd dolu kasa,

Şaxta mayalayıb qatığa dönüb.

Ayna bulaqları dumançən alıb,

Axır gözlərindən kədər yaşları.

İnsan nəfəsinə tamarzı qalıb,

Həsrətdən çatlayıb ocaq daşları.

Durub seyr edirəm doğma dağları,

Dayanıb baxıram kədərliqəmli.

Baxıram, ağlayan buz bulaqları,

Nəsə pıçıldayır dodağı qəmli.

Elə bil bu dağlar birdən qocalıb,

Ağarıb saqqalı-saçı dağların.

Qonağı-qarası tamam azalıb,

Həsrətdən göynəyir içi dağların.

Yağır əlcə-əlcə, qar yağır yenə,

Yaz gələr əriyər, coşar selləri.

Tapşırıb dağları dumana, çənə,

Qərib durnalar tək dönürəm geri.

***

İTİRƏRSƏN BİR DARAQ KİMİ

Mən bir dəmir kimi mülayim, həzin,

Sən bir qaya kimi məğrur, inadkar.

Qaya nə bilərdi, bir gün dənizin,

Quruyub özünə çəkilməyi var.

Bir də görərsən ki, yox oluram mən,

Quruyan çay kimi, uçan  dağ kimi.

Titrək əllərimi hörüklərindən,

Salıb itirərsən bir daraq kimi.

***

L A  H  I  C

Tamaşadı göy meşəsi, yaylağı,

Sal qayalar, mərd igidlər oylağı.

Mərmərdən yoğrulub daşı-torpağı,

Baxdım qayalara, gözüm qamaşdı,

Bura Lahıcdı!

Hər qayadan bir şəlalə sallanıb,

Buz bulaqlar şirinləşib, ballanıb.

Bilmədim ki, hansı səmtə yollanım,

Elə bil bir anda xəyalım çaşdı.

Bura Lahıcdı!

Aləmə bəllidir sənətkarları,

Sənətdir onların dövləti-varı.

Güyümü,rnici, samovarları,

Sənət əsəridir, üstü naxışdı.

Bura Lahıcdı!

Dillər əzbəridir pendiri-yağı,

Mehriban qarşılar gələn qonağı.

Hər daşın dibində qaynar bulağı,

Yayın ortasında elə bir qışdır.

Bura Lahıcdı!

İnsanları gülər üzlü, mehsalan,

Gözləri alma yanaq can alan,

Vallah, sözlərimdə yoxdur bir yalan

Cənnət məkanıdı, sanki behişdi

Bura Lahıcdı!

***

K Ə N D İ M

Salxım söyüdlərin yaddaş dəftərim,

Qələm çinarların nə yazır yenə.

Bir ata qayğısı, ana həsrəti,

Məni harda olsam, çəkir özünə.

Bir ana laylası qalıb yadımda,

Onunla bağlıdır söhbətim-sözüm.

Bir ocaq tüstüsü hopub canıma,

Hər yada düşəndə yaşarır gözüm.

Qayıdıb gəlmişəm yanına yenə,

Eşit harayımı, oyan, a Kəndim.

Canımla, qanımla bağlıyam sənə,

Ey ana diyarım, ey ana kəndim!

***

(Məşhur qarmon ifaçısı Aslan İlyasovun əziz xatirəsinə)

Dağların qış fəsli

Qışın gəlişinə hələ qalsa da,

Göylərin ağ qarı torpağa enib.

Quşların yuvası süd dolu kasa,

Şaxta mayalayıb qatığa dönüb.

Qışın gəlişinə hələ qalsa da,

Göylərin ağ qarı torpağa enib.

Quşların yuvası süd dolu kasa,

Şaxta mayalayıb qatığa dönüb.

Qışın gəlişinə hələ qalsa da,

Göylərin ağ qarı torpağa enib.

Quşların yuvası süd dolu kasa,

Şaxta mayalayıb qatığa dönüb.

Mənə bir nəğmə çal qardaşım Aslan,

Bağrımın başına od salmış olsun.

Elə bir nəğmə ki, heç kim, heç zaman,

Nə dinləmiş olsun, nə çalmış olsun.

Sənin nəğmələrin mülayim, həzim,

Kəkliyin, bülbülün nəğmələridir.

Sənin nəğmələrin gecə dənizin,

Sahilə çırpınan ləpələridir.

Ya Rəb bu nə sirdir, bu nə sehirdir,

Şırmayi dillərdən bal tək süzülür.

Elə ki, Aslanın qarmonu qalxdı,

Adamın ayağı yerdən üzülür.

Özü olmasa da, adı yaşayır,

Onun adı sevən ürəklərdədir.

Yaratdığı rəqslər ellər dolaşır,

Rəqslər də yaşayır,  könüllərdədir!

***

IQ TELLİ BORÇALIYA

Sığallı-sahmanlı göyçək bir qızsan,

Təpədən-dırnağa işvəsən-nazsan.

Qışın ortasında çiçəkli yazsan,

Dərdli könüllərin loğmanı Telli.

Yaradan nə verib, sənə bol verib,

Dodaq qaymaq verib, dili bal verib.

Nə olsun bu qədər cəh-cəlal verib,

Gəl yandırıb-yaxma dünyanı Telli.

Nazına qurbanam, gözəl naz eylər,

Bir süzgün baxışın qışı yaz eylər.

Kim sənin əmrinə etiraz eylər,

Hakimsən, verginən dərmanı Telli.

Bir elnən şöhrətin, adın-sanın var,

Bir mömin bəndəyəm, din-imanım var.

Dövlətdən-nemətdən bircə canım var,

Nə zaman istəsən qurbandı Telli.

Çingiz PƏNAHOV

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!