19 Avqust 2025 / 20:11

Özcan Deniz: “Mənim yeganə ailəm oğlum Kuzey və həyat yoldaşımdır”

Ailəsi ilə problemlər yaşayan və məhkəməyə qədər gedib çıxan Özcan Deniz, həyat yoldaşı Samar Dadgarın ad gününü sosial şəbəkə hesabında romantik bir paylaşımla təbrik etdi.

Tezadlar.az xəbər verir ki, məşhur müğənni Özcan Deniz, qardaşı Ercan Deniz və bacısı Yurda Güler ilə yaşadığı problemlərlə gündəmdə qalmağa davam edir. Deniz, baş verən gərginlikdən sonra sosial mediada etdiyi paylaşımlarla diqqət mərkəzinə düşmüşdü.

53 yaşlı müğənni və aktyor Özcan Deniz, eyni zamanda menecerliyini də edən qardaşı Ercan Deniz ilə müəyyən problemlər yaşamışdı. Arvadı ailəsi tərəfindən istənməyən gəlin elan edilən Samar Dadgar, qayınanası Kadriye Denizdən zorakılıq gördüyünü iddia edib.

Bir müddətdir qardaşı Ercan Deniz ilə arası pozulan Özcan Deniz, son paylaşımları ilə çox danışıldı. Məşhur müğənni artıq yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu deyib.

Məşhur sənətçi son olaraq romantik bir paylaşımı ilə gündəmə gəldi. Deniz, 31 yaşına girən həyat yoldaşı Samar Dadgarın yeni yaşını təbrik etdi.
Instagram hesabında birlikdə olduqları fotonu paylaşan müğənninin yeni görüntüsünə qısa müddətdə çoxlu bəyənmə gəldi.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!