1 Sentyabr 2025 / 08:13

Peskov Əliyevlə Putinin görüşmək imkanından danışıb

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür; onların görüşmək imkanı olacaq.” Tezadlar.az ORT- yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Sitat: “Ümidvaram ki, onların sabah ŞƏT-in iclası çərçivəsində görüşmək imkanı olacaq. Ən azı, belə bir fürsət olacaq”.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir və 20-dən çox xarici ölkə lideri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

ŞƏT- in sammiti davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!