Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Az əvvəl Xətai rayonundakı Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində- körpünün üstündə yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib. Qeyd edilib ki, qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.
Qəzanın səbəbləri araşdırılır. Hadisə şahidlərinin sözlərinə görə, tıxacdan çıxmağa tələsən sürücülərdən biri əyləc sistemindən düzgün istifadə etməyib və arxadan gələn avtomobil digərini arxadan vurub.