6 Oktyabr 2025 / 10:22

Əlilliyin qiymətləndirilməsində-YENİLİK

Bundan sonra həm də əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək. Tezadlar.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!