8 Oktyabr 2025 / 18:29

Meloninin partiyası İtaliyada üzü örtən geyimlərin qadağasını təklif edir

İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası parlamentə ictimai yerlərdə pərəncə (qadının baş və bədənini tamamilə örtən geyim – red.) və niqabı qadağan edən qanun layihəsi təqdim edib.

Bu barədə “Təzadlar” xəbər verir.

Məlumata görə, Baş nazir Corcia Meloninin partiyasının deputatları tərəfindən təqdim edilən sənəddə bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən məktəblərdə, universitetlərdə, mağazalarda və dövlət müəssisələrində üzü örtən geyimin qadağan edilməsi təklif olunur.

Qanun layihəsinə əsasən, bu qaydanın pozulmasına görə 300-3000 avro məbləğində cərimə nəzərdə tutulur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!